Qıravi tayfasından Osman Elmasın qızı Mediha Elmas ilə Gevdan tayfasından Memet Acarın oğlu Feyaz Acarın Vanda möhtəşəm toy mərasimi keçirilib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, 2 min nəfərin qatıldığı toyda bəylə gəlinin başına taxılan zinət əşyaları heyrətləndirib, hər yerdən qızıl və pul “yağıb”.
Double Tree By Hilton Van otelinin sahibi Umut Akayın böyüklüyündə etdiyi toya Türkiyədən və xaricdən 2 minə yaxın insan qatılıb. Toyda Türkiyənin müxtəlif vilayətləri ilə yanaşı, İran və İraqdan gələnlər də iştirak edib; qəbilə liderləri, fikir liderləri, iş adamları və təxminən 2 min qonaq iştirak edib.
Türk və kürd mahnılarının müşayiəti ilə halay rəqslərinin oynanıldığı toyda bəylə gəlinə 3 milyon 650 min lirə (196 121 manat) dəyərində zinət əşyaları taxılıb.
Gevdan və Qıravi tayfasından olan iki gəncin ən xoşbəxt günündə iştirak etməkdən xoşbəxt olduğunu deyən ağsaqqal Umut Akay bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıb.
Toyda bəyin dayısı Erol Abinin qonağı olaraq iştirak etdiyini bildirən İstanbullu iş adamı Ferhat Günay, “Daha əvvəl heç bir qəbilə toyunda iştirak etməmişəm. Bunu sosial şəbəkədə görürdüm, amma belə olacağını gözləmirdim. Gevdan tayfasına dəvətlərinə görə təşəkkür edirəm. Vanda olmaqdan çox xoşbəxtəm. Çox gözəl və əyləncəlidir” deyib.
Kosovodan toya qatılan Sevil Balkan isə deyib: “İlk dəfədir ki, qəbilə toyunda iştirak edirəm. O qədər heyrətamiz və gözəldir ki... Çox bəyəndim. Bu bölgənin insanları, toyları çox gözəldir”.