Gəlin  “əhvalım pozuldu”   dedi: Bəy  toyu tək etdi
23 yanvar 2023 01:45 (UTC +04:00)

Gəlin “əhvalım pozuldu” dedi: Bəy toyu tək etdi

Mersində toyqabağı fotosessiyaya gedən bəylə gəlinin maşını qəzaya uğrayıb. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, qəzadan sonra bəy Mirhat Ekmen qolu sarğı ilə toya qatılıb, psixologiyası pozulan gəlin Lara Katiukha isə mərasimə qatılamayıb.

Mersində iş adamı Cüneyt Ekmenin inşaat mühəndisi oğlu Mirhat Ekmen şəhərdə hüquqşünas olan ukraynalı Lara Katiukha ilə evlənmək qərarına gəlib. Toy hazırlıqlarını başa vuran bəylə gəlin srağagün səhər saatlarında fotosessiyaya çəkilib.

Ekmenin avtomobili hərəkətdə olarkən döngədən keçəndə yol kənarındakı məftil baryerlərə çırpılıb. Qəza nəticəsində xəsarət alan Ekmen və Katiukha təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Ekmen və Katiukha müayinə olunduqdan sonra evə buraxılıblar.

Mirhat Ekmenin qolu sarğılı ikən, depressiyaya düşdüyü bildirilən gəlin Katiukha axşam saatlarında şəhərdəki bir oteldə baş tutan toyda iştirak edə bilməyib. Ekmen qonaqları qapıda qarşılayıb. Müğənni Ceylanın səhnəyə çıxdığı toyda cütlüyün yaxınları əyləncəli vaxt keçirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5772
avatar

Oxşar yazılar