Evlənən ən yaşlı cütlük  – Hər yaş sevgiyə tabedir
04 iyun 2024 17:31 (UTC +04:00)

Evlənən ən yaşlı cütlük – Hər yaş sevgiyə tabedir

Britaniya sakinləri Corc Kirbi və Dorin Lakki romantik rekord qırıblar. 

Lent.az xəbər verir ki, onlar evlənən ən yaşlı cütlük kimi tanınıb.

Məlumata görə, ikili 27 il birlikdə yaşadıqdan sonra 2015-ci ildə rəsmi olaraq münasibətlərini rəsmiləşdiriblər. O vaxta qədər cütlüyün artıq yeddi övladı, 15 nəvəsi və yeddi nəticəsi var idi. 

Həmin vaxt Corcun 103, gəlininin isə 91 yaşı olub.  Dorin bu münasibətlə toyda mavi çiçəklərlə bəzədilmiş ağ paltar geyinib. Keçmiş boksçu olan bəy isə kostyum və qalstukla çox zərif görünüb. 

Hətta Corcun yıxıldığı üçün istifadə etmək məcburiyyətində qaldığı əlil arabası da ümumi təəssüratı poza bilməyib. 

Yeni evlənən cütlüyün birlikdə yaşı 194 il olub. Bu da onlara əvvəlki rekordçuları - fransız Fransua Frenandes və Madlen Fransinonu ötməyə imkan verib.

Qeyd edək ki, onların 2002-ci ildə baş tutan evlilikləri zamanı Fransuanın 96, Madelenin isə cəmi 94 yaşı olub. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4080
avatar

Sevinc Fərid

Oxşar yazılar