Ən titullu futbolçunun həyat yoldaşı  boşanır
01 fevral 2023 00:02 (UTC +04:00)

Ən titullu futbolçunun həyat yoldaşı boşanır

Braziliyalı futbolçu Dani Alveşin həyat yoldaşı Joana Sans zorlama iddialarına görə boşanmaq üçün məhkəməyə müraciət edib. 

Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verib.

Nəşrin yazdığına görə, Sans zərərçəkmişin ifadəsinə şübhə etmir və düşünülmüş qərar verib. 39 yaşlı idmançı həyat yoldaşı ilə həbsxanada görüşməkdən imtina etdiyi üçün 30 yaşlı model vəkillər vasitəsilə vəsatət qaldırıb. Qeyd olunur ki, o, ərini açıq şəkildə dəstəklədiyi ifadələrdən peşmandır.

Alveş yanvarın 20-də həbs edilib. Futbolçunun qurbanı olduğu iddia edilən şəxs onu gecə klubunun tualetində kilidlədiyini, orada döyərək təcavüz etdiyini bildirib. O zaman Alveşin həyat yoldaşı da ərinə dəstək vermişdi.

Daha sonra həkimlər Alveşin qurbanında müqavimət göstərən xəsarətlərin olduğunu təsdiqləyiblər. Məlumatı klubda olan şahid də təsdiqləyib. Futbolçunu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Alveş dünyanın ən titullu futbolçusudur. O, Fransa, İtaliya, İspaniya çempionu olub və bu ölkələrin ölkə kuboklarını qazanıb. Braziliya milli komandasının tərkibində müdafiəçi iki dəfə Amerika Kubokunu və Konfederasiyalar Kubokunu qazanıb, həmçinin Olimpiya Oyunlarının və Gənclər arasında Dünya Çempionatının qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2928
avatar

Oxşar yazılar