Bəy və gəlin qonaqlardan toylarının keçirildiyi əraziyə daxil olmaq üçün 10 dollar (170 manat) ödəməyi və özləri ilə stul gətirmələrini tələb ediblər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, amerikalı 23 yaşlı gənclər toya çox pul xərcləməmək üçün mərasimi təbiət qoynunda keçirməyə qərar veriblər.
Buna görə də cütlük dəvət olunan 20 nəfərə deyiblər ki, şənlik keçirəcəkləri əraziyə giriş pullu olduğuna görə 10 dollar ödəməli olacaqlar. Gəlinin bacısı bunu biləndə əsəbiləşərək onu xəsis adlandırıb.
Bəy bu qəribə toy qaydasını sosial şəbəkədə paylaşaraq istifadəçilərdən reaksiya öyrənmək istəyib. Bir çox izləyici gəlinin bacısının sözlərini dəstəkləyib.
İstifadəçilər "bəli, "McDonald's"da toy etməyi üstün tuturam", "mən toyumda qonaqların nəsə üçün pul ödəməsini təsəvvür edə bilmirəm" və s. bu kimi şərhlər yazıblar.
Qeyd edək ki, bundan əvvəl Hindistanın Haryana ştatında Nişa adlı gəlinin qohumlarının gətirdiyi pul və zinət əşyalarını götürüb toydan qaçması müzakirələrə səbəb olmuşdu. Sonradan məlum olub ki, qız biri ilə ailə qurarkən artıq başqa gənclə qaçaraq ailə həyatı qurub.