Beş gündə 400 min cütlük evləndi –  İNANILMAZ
04 iyun 2021 19:13 (UTC +04:00)

Beş gündə 400 min cütlük evləndi – İNANILMAZ

Ötən il toyların pandemiya səbəbi ilə təxirə salındığı Çində bir çox cütlük vəziyyətin normallaşmasından istifadə edib.  

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Çində vəziyyətin sabitləşməsi ilə  şadlıq saraylarının qarşısında növbələr yaranıb. Belə ki, koronavirus epidemiyası səbəbiylə toylarını təxirə salan 400 min cütlük 5 günlük “İşçi bayramı” da evlənib.

Toy tələblərinin qəfil artması ilə şadlıq sarayları və təşkilat şirkətləri müəyyən çətinliklərlə qarşılaşıblar. Fotoqraf, videoqraf və bərbər kimi peşəkar kadrlara olan tələblər də birdən artıb. Bəzi şirkətlər kadr çatışmazlığını doldurmaq üçün yüksək əmək haqqı verməklə yeni işçilər götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar