Azad və xoşbəxt münasibətin  5 QIZIL QAYDASI
12 iyul 2021 19:44 (UTC +04:00)

Azad və xoşbəxt münasibətin 5 QIZIL QAYDASI

Münasibətlərin uzunömürlü olmasının bəzi sirləri var. Psixoloqların açıqladığı bu sirlərə əməl edilərsə, o zaman tərəflərin xoşbəxt olma ehtimalı artar. 

Lent.az azad münasibətdə cütlüklər üçün vacib olan sirləri təqdim edir: 

Diqqət 

Münasibətlərin əsası bir-birini dinləmək, qayğı göstərmək və hörmət etməkdir. Diqqət davamlı zəng edib, halını soruşmaq demək deyil. Sevgilinizə hər zaman dəstək olduğunuzu  hiss etdirməniz yetərlidir.

Güzəştə getmək 

Hər iki şəxsin inad etməsi müasibətlərə zərər vurur. Qarşılıqlı olaraq zamanla tərəflər bir-birinə üstünlük hüququ verə bilər. 

Hörmət etmək 

Münasibətdə hörmət önəmlidir. Bir-birinizin sevmədiyi hərəkətləri, süni şəkildə qısqandırmağa cəhdləri qarşı tərəfə və hisslərinizə hörmət etməməyinizin göstərir. 

İş bölüşdürmək

Münasibətdə üzərinizə düşəcək ev işlərini öncədən danışmaq məsləhət görülür. Amma bunu məcbur olduğunuz üçün deyil, sizi xoşbəxt etdiyi üçün ediləməlidir. 

Münasibətə ara verin 

Sevgilinizlə fikir ayrılığı və münasibətdə ciddi problem yaşayırsınızasa, dərhal həll etməyə çalışmayın. Hər ikiniz sakitləşənə qədər müzakirəyə və münasibətinizə ara verə bilərsiniz. Bir müddət keçdikdən sonra sakit danışaraq problemlərinizi həll edə bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6849
avatar

Nigar Adil

Oxşar yazılar