20 yaşlı bəy toydan əvvəl  gələcək qayınanası ilə   qaçdı
10 aprel 2025 19:59 (UTC +04:00)

20 yaşlı bəy toydan əvvəl gələcək qayınanası ilə qaçdı

Hindistanda polis toya bir neçə gün qalmış gəlinin 40 yaşlı anası ilə qaçan 20 yaşlı gənci axtarır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Hadisə aprelin əvvəlində Uttar-Pradeş ştatında baş verib. 

Mətbuatda yayılan xəbərlərə görə, gənc bəy və onun qayınanası olacaq qadın toya 9 gün qalmış bayram üçün ayırdıqları pulu, eləcə də qızıl-zinət əşyalarını götürərək qaçıblar. Həmin şəxs aprelin 6-da axşam şənlik üçün paltar almaq adı ilə evini tərk edib. Bundan sonra o, atasına zəng edərək getdiyini bildirib, həmçinin onu tapmağa çalışmamasını istəyib. Təxminən eyni vaxtda gəlinin anası da yanından itib. Qadın heç bir mesaj buraxmayıb, sadəcə olaraq evdən yoxa çıxıb.

Polisin araşdırması nəticəsində gənc oğlanla qadının birlikdə qaçdığı müəyyən edilib. Polis hər iki tərəfdən qohumların itkin düşməsi barədə məlumatı qəbul edib.

Uttar Pradeş ştatında hər kəzi sarsıdan hadisələrin dramatik dönüşü zamanı polis qızının toyuna bir neçə gün qalmış gələcək kürəkəni ilə qaçan qadının izinə düşüb. Çərşənbə günü Əliqarh polisi təsdiqləyib ki, Anita kimi tanınan qadın və onun gələcək kürəkəni sonuncu dəfə Uttarxandda görünüblər. Polis qrupu onları fəal şəkildə axtarır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar