Tanınmış  "qanuni oğrular"   həbsdən çıxdılar
24 yanvar 2024 12:12 (UTC +04:00)

Tanınmış "qanuni oğrular" həbsdən çıxdılar

Qanuni oğrular, Umka ləqəbli Sergey Oleynik və Gürcüstan əsilli, Laşa Svan kimi tanınan Laşa Dzhaçvliani dünən həbs-qətimkan tədbirinin müddəti başa çatdığına görə istintaq təcridxanasından buraxılıblar.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, onlar Dneprin kriminal avtoriteti Aleksandr Petrovski-Narikin adamları hesab olunurlar.

Qeyd olunur ki, adı çəkilənlərin bahalı vəkilləri fərasətli çıxıb. Onlar işi Kiyevin Peçerski Məhkəməsindən Dnepr Babuşkinski Məhkəməsinə keçiriblər və strategiya effektiv olub.

Mənbələrdən verilən məlumata görə, gecə yarısı Umka və Laşa təcili yardım maşını ilə saxlandıqları yerdən çıxıblar.

Xatırladaq ki, Umka və Laşa Svan cinayət toplantısının təşkili/keçirilməsi (Ukrayna Cinayət Məcəlləsinin 255-2-ci maddəsinin 1-ci hissəsi) işi üzrə son 13 ayı Kiyev və Dneprdəki istintaq təcridxanalarında keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 70422
avatar

Cavidan HUN

Oxşar yazılar