“Axırıncı aşırım” filminin kəsdirilən hissələri - <span style="color:red;">Kişilər aşırımda qaldılar
26 may 2019 11:39 (UTC +04:00)

“Axırıncı aşırım” filminin kəsdirilən hissələri - Kişilər aşırımda qaldılar

Layihə: “Bizim filmlər”

 

Kino sevərlər Azərbaycan kinosunda bu filmi Azərbaycan kişisinin  simvolu kimi qəbul edirlər. Bəy, ağa, kişi məhz belə olmalıdır.  Filmdə əsil kişi obrazı Kərbəlayi İsmayılın şəxsində öz əksini tapır. Yəqin bi filmi sevməyən  kişi də az tapılar.

 

Söhbət “Axırıncı aşırım” filmindən gedir. Film yazıçı Fərman Kərimzadənin  “Qarlı aşırım" romanı əsasında 1971-ci ildə ekranlaşdırılıb. Hadisələr məlum dövrdə ölkəmizdə baş verdiyindən, yəni tarixi faktlara əsaslandığından dəqiq yerin göstərilməsinə önəm verilmir. Önəmli olan film çəkilən vaxtlarda Sovet ideologiyasına xidmət etmək idi. Yəni Kərbəlayi İsmayıl, Qəmlo kimi kişilər Sovetə düşmən qismində qələmə verilməklə bahəm, həm də öz xalqının, qara camaatın bədxahı kimi təqdim olunur. Onlara qarşı çıxanlar isə guya Sovet hökumətinin onların xeyirxahı olduğunu anlayan kasıb camaatdır. Sonda ikincilər qalib gəlir. Sovet hökuməti dəyərli insanları qurban versə də öz hakimiyyətini qurur və camaata gün ağlayır. Bunlar o vaxt filmə baxanda anladıqlarımızdır. İndi həmin film müəlliflərin tamam başqa mətləbləri diktə etdiklərini anladır. Yəni anlayan elə o vaxt da anlayıb ki, müəllif kişilər aşırımdakı kişiləri əslində qətiyyən Sovet hökumətinin ayağına verməyiblər.

 

Bəyin qələbəsi

 

Kinonun qızıl dövrü adlandırılan həmin illərdə güclü kişi xarakterləri verilmiş üç film ərsəyə gətirilib.  Tofiq Tağızadənin “7 oğul istərəm”, Hüseyn Seyidzadənin  “Dəli kür”,  və  Kamil Rüstəmbəyovun “Axırıncı aşırım”  filmləri. Hər üç film eyni məqsədə xidmət edir.  Sovet ideologiyasına görə  Kərbəlayi İsmayıl,  Gəray bəy və Cahandar ağa düşməndir. Hər üç film  Adil İsgəndərovun kinoya rəhbərlik etdiyi illərdə çəkilib.  Filmlərin hər birində sətiraltı fikirlər ötürülüb. Bu günün nəzəri ilə baxdıqda üç obrazın hər biri əslində millətin dayağı, xalqın, vətənin, torpağın azadlığını düşünən, əyilməyi özünə sığışdırmayan əsilzadə bəylərin mükəmməl obrazları göz önündə canlanır. Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda bu sətiraltını ötürə bilmək hər kişiyə nəsib olmazdı. Ona görə də cəsarətlə o üç obrazın sırasına Adil İsgəndərovun öz bəyzadəliyini də əlavə etmək ədalətli olar. O, da cəsarətlə Sovet senzoru ilə ideologiya vuruşunda qalib gəlib.   

 

Qəmlonu kim öldürdü...

 “Axırıncı aşırım” filmi iki nüsxədə müxtəlif sonluqlarla lentə alınıb.  Azərbaycan nüsxəsində Qəmlo Kərbəlayi İsmayıl tərəfindən,  rus nüsxəsində isə Yədullanın (Yədulla, Kərbəlayi İsmayılın ölən oğludur) məzarının yanında gizlənən bir qaçağın əli ilə  öldürülür. Hazırda hər iki nüsxə film fondunda qorunub saxlanılır. Rejissor Kamil Rüstəmbəyov filmin sonunu belə çəkmişdi ki, Qəmlo Kərbəlayinin sözünə məhəl qoymayıb atlıların ardınca yollanır və Abbasqulu bəyi öldürür. Sözü yerə düşən Kərbəlayi isə atını Qəmlonun ardınca çapır, amma gecikir və  Abbasqulu bəyi xilas edə bilmir, qəzəbindən Qəmlonu öldürür. Kərbəlayinin belə cəsur göstərilməsi Sovet  senzorunun xoşuna gəlmir və rejissordan filmin sonluğunu dəyişməsini tələb edirlər. Rejissor məcbur olub daha bir epizod əlavə edir.  Qəmlonu Xudayarın qardaşı öldürür, film montaj edildikdən sonra ekranlara çıxır. Amma... filmə diqqətlə baxsaq görərik ki, Kərbəlayinin adamlarından biri təşviş içərisində gəlib kəndlilərə xəbər verir ki, Kərbəlayi Qəmlonu gəbərtdi. Senzorun gözündən yayındırılıb filmdə saxlanılan bu səhnə milli rejissorun qələbəsidir.

 

Məlik Dadaşovun şilləsinin yeri

Filmin uğurunun bir-neçə səbəbi var, ən əsası isə Adil İskəndərov, Həsən Məmmədov, Məlik Dadaşov tandemidir ki, bu da rejissorun tapıntısıdır. Onlardan sonrakı nəsil Həsən Turabov, Hamlet Xanızadə, Şahmar Ələkbərov onların yanında təcrübə keçdilər.

Bəylər obrazının ifaçısı aktyor Əbdül Mahmudov:

 

 

“İki epizodu danışacam. Birincisi odur ki, Məlik müəllimin şapalağının izi dodağımda da hələ də qalır. Şillə əslində Fazil Salayevə vurulmalı idi.  Boğazında zobu vardı, dedi  partlaya bilər. Şillə epizodu mənim üstümdə çəkilməli oldu. Kamil Rüstəmbəyovla  Məlik Dadaşov sözü bir yerə qoyublar. Mənim də əlimə salafanda mürəbbə suyu veriblər  qoymuşam ağzıma ki, şillədən sonra plastik yıxılanda onu da ağzımda dişləyib yayam dodağıma. Sözü bir yerə qoyublar və Məlik mənə həqiqətən tutarlı bir şillə çəkir. Mən də özümü plastik yıxılmağa hazırlamış adam zərbədən arxası üstdə necə gedirəmsə başım dəyir arxadakı pəncərəyə, dodaq həqiqətən partlayır, ağzımdakı salafan da gedir qarnıma. Özümü güclə ələ alıram. 

Rəhmətlik Adil İsgəndərov çox əsəbiləşdi və qorxdu ki, mənə nə isə oldu. Qalxdım dedim, eybi yox, ustad, qoy elə canlı çıxsın.

İkinci epizod isə Abasqulu bəyin ölüm səhnəsidir. Vururlar onu qayadan yıxılır. Qobustanda çəkilirdik.   Kaskadyor bəzi məqamlarda onu əvəz etməli idi, nə qədər başa salırlar ki, üzünü kameraya çevirmə, xeyri olmur. Axırda Həsən Məmmədov rəhmətlik deyir ki, özüm çəkiləcəm. Qayadan aşanda yazığın qolu-qıçı bütün sivrim-sivrim olmuşdu. Kinonun çəkilişləri başa çatınca ona toxunmaq olmurdu, yaraları sızıldayırdı”.

 

Filmin çəkilişlərinin bir hissəsi Qobustan qayalıqlarında lentə alınıb. Bir hissəsi isə Kərbəlayinin  kinostudiyanın həyətində quraşdırılmış iqamətgahında. 

 

Kamil Rüstəmbəyov Adil İsgəndərovun yetirməsi idi. Adil İsgəndərov həm onun ustadı, həm də kinostudiyanın direktoru olduğundan rejissor ona söz deməyə ürək eləmirmiş.  Bunu anlayan Adil İsgəndərov deyir - qada, nə qədər ki, çəkiliş gedir mən aktyoram sən rejissor.   

 

Bəyin qardaşı oğlu Vəli obrazını oynayan Elxan Qasımov:

 

“ Kinostudiyanın ən adi işçisi belə kinonun çəkilişində bu və ya digər formada iştirak edirdi, zəhmət çəkirdi.

Fərman Kərimzadə ilə Vedidə görüşdə olduq. Bir nəfər mənə yaxınlaşdı ki, mənim babamı oynamısan, Vəli mənim babam olub.

Əqidəsindən dönməyən, axıracan Kərbəlayi ilə bir yerdə qalan Vəli olur. Ona görə də oynadığım obraz mənim üçün əzizdir, hərçənd çəkilənlərin ancaq dörddə biri filmə düşüb.  ”

 

Adil İsgəndərov öz mükafatını Məlik Dadaşova verib

 

Film 1972-ci ildə Tiflisdə V Ümumittifaq kinofestivalında uğurla qarşılanıb. Festivalın  Ən yaxşı kişi roluna görə mükafatını iki aktyor alıb. Aktyor Həsən Məmmədov  Abasqulu ağa,  Adil İsgəndərov isə Kərbəlayi roluna görə.

Mükafatı alan Adil İsgəndərov elə tədbirdəcə öz mükafatını Qəmlonun ifaçısına təqdim edib və mikrafona “o, məndən də yaxşı kişi obrazı yaradıb”- deyib.  Onu da deyim ki, Məlik Dadaşovla Adil İsgəndərov o zaman küsülü olublar.

Film real faktlar əsasında çəkilib. Abbasqulu bəy Şadlınski də, Kərbəlayi İsmayıl da, Qəmlo da real həyatda yaşamış insanlardır. İqdirdə Kərbəlanın məzarı var. Həm Qəmlonun həm də Kərbəlanın qohumları da  orda yaşayırlar. Çəkiliş qrupu filmin nümayişindən sonra orda həmin adamlarla görüşüb. Filmə baxan tərəflər arasında yaranan davanı da filmin kollektivi aradan qaldırıb.  

Filmin bəstəkarı və dirijoru Arif Məlikov olub.  Redaktoru İntiqam Qasımzadə.

 

Ceyhun Mirzəyevlə Nicat Feyzullayev “Axırıncı aşırım “ filmində rejissor assisenti olublar.

 

“Axırıncı aşırım” filmindən el arasında çox sayda sitatlar dillər əzbəridir.

“Abasqulu ağanın nazı ilə çox oynayırsan ha, Kərbəlayi”, “Hökumət adamı görəndə əllərim gicişir”, “Bir dəli şeytan deyir bunların atlarının ayaqlarının altını tut atəşə, qalxsınlar şahə, çırpsınlar bunları yerə..”, “Namusumuz qeyrətimiz var, dözərik”,  “Möhkəm durmusunuz?”, “Evin kişisini soruşarlar”,  “Sel gələndə birinci çör-çöp gətirər, ağır kötüyü onun gur yeri gətirər, indi kötüyü qabağa veriblər.”,  “Adə, Səməd, ölmüsən?”,   “Qışın günündə bu nə yaylağa çıxmaqdır, Kərbəlayi?”, “Canımıza elə bir od salmayıblar ki, aranda otura bilək”,

“Evimi aldılar dinmədim, malımı aldılar dinmədim. Əşi, naxırımı otaranın biri gəlib mənimlə bərabər olsun? İndi də  deyirlər torpağını ver. Sabah deyəcəklər papağını da ver, namusunu da. Mən belə  hökuməti tanımıram vəssalam.”

“Kərbəlayi başını itirib, oğlu da yadından çıxıb”, “Oğlum Yadullanın müsibəti belə olmamışdı ”.  Bu qədər bəs olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11762
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

4 mart 2020 , 11:31
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00