Lent.az “Bioqrafiya” rubrikasında Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevadan bəhs edir.
- Nazpəri Dostəliyeva harada anadan olub və neçə yaşı var?
Nazpəri Dostəliyeva 1959-cu il dekabrın 23-də Aşıq Əhmədin ailəsində Bakıda doğulub.
- Nazpəri Dostəliyeva hansı təhsili alıb?
- 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. 2018-ci ildə Nazpəri Dostəliyeva "İncəsənətin nəzəriyyəsi, təhlili və tənqidi" ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
- Nazpəri Dostəliyeva sənətə nə zamandan başlayıb?
Ekranlara ilk 1996-cı ildə çıxıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. “Mənim göz yaşımı görməyəcəksən”, “Dilbərim”, “Bağışla ana”, “Unut kədərini, qəmini unut” kimi yaddaqalan mahnılar ifa edib. 1998- cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu var. Dünyanın bir çox ölkələrində (Fransa, Almaniya, Niderland, Norveç, Kipr, Türkiyə) solo konsertlər verib. 1999-cu ildən bəstəkar Səyavuş Kərimi, bəstəkar Cabbar Musayev ilə uğurlu iş birliyi olub.Nazpərinin şöhrətlənməsində onun qeyri-adi gözəlliyinin də rolu olub.
- Nazpəri Dostəliyeva böyük səhnəyə toylardan gəlib?
Bəli. O atası aşıq Əhmədəlini özünün ilk ustadı adlandırır. İlk çıxışları el şənliklərində olub. “Yadıma gəlir, övladlarım çox kiçik idi, qapını bağlayıb işə gedirdim. Ordan çıxıb qaçırdım canlı efirə. Efirdən çıxıb səsyazma studiyasına gedirdim. Studiyadan qaçırdım toylara. Maşınım da yox idi. Səhərə yaxın piyada qayıdırdım evə. Görürdüm, uşaqlar özləri bir şeylər hazırlayıb yeyiblər. Balaca oğlum başını böyük qardaşının dizinə qoyub yatıb. Oturub hönkür-hönkür ağlayırdım. Dəfələrlə olub ki, uşaqlar qapını bağlayıb yatıblar. Oyatmağa qıymamışam. Qapı arxasında pilləkənlərin üstündə oturaqlı yatmışam”- deyə o müsahibələrindən birində deyib.
- Nazpəri Dostəliyeva ailəlidir?
Nazpəri xanım bir dəfə Nəriman adlı bəylə ailə həyatı qurub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu dünyaya gəlib. Müğənni bu barədə suallara belə cavab verir:
"Mənim qız toyum üç gün, üç gecə davam edib. O vaxtı Şövkət Məmmədova toyumda iştirak edib. Amma yoldaşımı sevməmişəm, uşaqlarıma görə ona həmişə hörmətlə yanaşmışam. Qadın üçün təkbaşına iki oğlan övladı böyütmək çox çətindir. Neçə il mən övladlarımı tək böyütdüm. Ataları bir dəfə olsun maraqlanmadı onlarla.
- Nazpəri Dostəliyevanın qardaşı öz qızına təcavüz edib?
Bir neçə il əvvəl isə özünü Nazpəri Dostəliyevanın qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı qalmaqalda müğənninin adı hallansa da, Nazpəri xanım bu barədə mətbuata belə açıqlama verib:
"Bir Xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbirlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridir. Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də. Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram".
- Nazpəri Dostəliyeva nə üçün efirlərəçox gec çıxıb?
Nazpəri xanım 16 yaşından toylara getsə də efirə 38 yaşında çıxıb. Uzun illər səhnəyə çıxmamasına səbəb qardaşı olub.
- Nazpəri Dostəliyeva atası barədə nələr danışıb?
Nazpəri Dostəliyevanın atası saz havalarının mahir ifaçısı hesab olunub. Atasından danışan Xalq artisti onun yaşından cavan göründüyünü də vurğulayıb.
Atamla yan-yana gəzəndə onu sevgilim zənn edirdilər. Bir dəfə Moskvada atamla gəzirdik. Bir qadın yaxınlaşdı, mənə dedi ki, sənin nə yaraşıqlı sevgilin var. Dedim ki, o, mənim atamdır, sevgilim deyil". Atam mənim ilk böyük sevgim, ustadım, dayağım idi.
- Nazpəri Dostəliyeva mərhum bacısı Zeynəbdən nə üçün küsüb?
Nazpəri Dostəliyeva uzun illər müğənni bacısı Zeynəb Dostəliyeva ilə küsülü olub. Hətta Zeynəb xanımın efirlərdə səsləndirdiyi fikirlərə görə, bacısı xeyli müddət onun efirlərə buraxılmasına imkan verməyib. Lakin sonradan onlar arasındakı küsülülük sona çatıb. Onların küsülülüyünə səbəb sənət qısqanclığı olduğu deyilir.
- Nazpəri Dostəliyevanın oğlu niyə vəfat edib?
2021-ci il, martın 23-də gözlənilmədən sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edir. Müğənni oğlunun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirir. 1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə
- Nazpəri Dostəliyeva nə üçün mərhum müğənni İlhaməyə 25 min manat təzminat ödəyib?
Nazpəri xanım zaman-zaman öz həmkarları ilə də qalmaqal yaşayıb. Bunlardan ən səs-küylüsü İlhamə Quliyeva ilə olan qalmaqal olub. Aralarındakı münasibət o qədər gərginləşib ki, İlhamə Quliyeva Nazpəri xanıma efirlərə çıxmağa qadağa qoyub. İki sənət adamının işi məhkəməlik olduğundan Nazpəri Dostəliyeva İlhamə Quliyevaya 25 min manat təzminat da ödəyib. İlhamə xanım dünyasını dəyişəndən sonra Nazpəri Dostəliyeva müsahibələrinin birində deyir:
Heç kim elə düşünməsin ki, mən bu hala sevinirəm. Nə qədər düşmən olsaq da, ölüm ölümdür. Mən təəssüflənirəm ki, o belə bir həyat yaşadı. Bu gün bilsin ki, onun ölümünə sevinənlər var. Heç kimə belə bir ölüm arzulamazdım. O, dəfələrlə mənim yuxularıma girib, Nazpəri, mənə halallıq ver deyib. Mən də təbii ki, halallıq vermişəm”.
- Nazpəri Dostəliyeva plastik əməliyyat etdirib?
64 yaşlı müğənni üz gərdirmə əməliyyatı etdirib. Özünü idmanla formada saxlayır.
- Nazpəri Dostəliyeva toylara neçəyə gedir?
Oğlunun ölümündən sonra 1 il yas saxlayan müğənni yenidən öz sənətinə qayıtdı və toy qonorarı 6-8 min manat təşkil edir.
- Nazpəri Xanımın evindən kimlər nə qədər pul oğurlayıb?
19 avqust 2017-ci il tarixində Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
N.Dostəliyeva deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib.