İntihar edən  Nəsib Quliyev kim idi? - BİOQRAFİYA
24 aprel 2024 15:05 (UTC +04:00)

İntihar edən Nəsib Quliyev kim idi? - BİOQRAFİYA

Xəbər verdiyimiz kimi Azərbaycanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib. O,  özünü evində ov tüfəngi ilə güllələyərək öldürüb.

Bəs, Nəsib Quliyev kimdir?

Lent.az Nəsib Quliyevin bioqrafiyasını təqdim edir:

Nəsib Quliyev 1951-ci ildə Göyçə mahalı Basarkeçər rayonu Aşağı Şorca kəndində anadan olub. 1965-ci ildə kənd 8 illik məktəbini, 1967-ci ildə isə qızıl medalla Daşkənd kəndi orta məktəbini bitirib.

O, 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, əvvəlcə həkim-ordinator, kiçik elmi işçi vəzifəsində işləyib.

Nəsib Quliyev daha sonra 1977-ci ildə aspiranturaya daxil olaraq 1981-ci ildə Moskvada namizədlik və 1991-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1992-ci ildən professor və ATU Uşaq Xəstəlikləri kafedrasının müdiri seçilib. 

1994-cü ildən 2020-ci ilə qədər Səhiyyə Nazirliyi K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktor vəzifəsində işləyib. O, yaşı ilə əlaqədar öz ərizəsinə əsasən işdən azad edilib. 

2000-ci ildən əməkdar elm xadimidir. 2007-ci ildə isə o, Türk Dünyası Pediatriya Birliyinin prezidenti seçilib.

Nəsib Quliyev 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 5 nəfər elmlər namizədi və 1 nəfər elmlər doktoru müdafiə edib.

Ailəlidir, 3 övladı var.

# 12096
avatar

Arzu Qurbanlı

Oxşar yazılar