Faiq Ağayev kimdir?  - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti
16 may 2024 16:35 (UTC +04:00)

Faiq Ağayev kimdir? - 3 dəfə ölüb dirilən, oğlunu hamıdan gizlədən Xalq artisti

Lent.az “Bioqrafiya” rubrikasında Xalq artisti, estrada müğənnisi Faiq Ağayev barədə məlumat verir.

- Faiq Ağayev harada anadan olub, neçə yaşı var?

Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. 

- Faiq Ağayev harada təhsil alıb?

Ailəsi onun həkim olmasını istəyib. Bu sahədə təhsil almağa başlayıb. Ancaq musiqi sahəsinə gələndən sonra o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

“Natamam təhsilimə görə elə həkim olmalı idim. Tibb Universitetinə daxil olmuşdum, özü də məhz cərrah olacaqdım. Amma yenə də təbibliyimdə qalmışam. Həkimlər bədənləri xəstəlikdən xilas edirlərsə, mən insanların əzilmiş ruhlarının müalicəsinə kömək edirəm” deyib bir müsahibəsində.

- Faiq Ağayevi niyə rekordçu müğənni hesab edirlər?

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində ilk rekordu vurub.

 - Faiq Ağayev nə zaman fəxri ad alıb?

2000-ci ildə Əməkdar artist, 2008-ci ilin 17 sentyabr tarixində isə Xalq artisti fəxri adına layiq görülüb.

- Faiq Ağayev evlidir?

Böyük sevgilər yaşadığını deyən sənətçi bir dəfə evli olub. O, 19 il əvvəl Nigar adlı xanımla ailə qurub. Ömrü 4 il çəkən bu evlilik başa çatandan sonra müğənni ikinci dəfə ailə qurmayıb. Bu barədə ona sual veriləndə, - "50 yaşım var, bundan sonra nə evlilik?" deyib.

- Faiq Ağayevin övladı var?

Onun 35 yaşında bir oğlu var. Oğlunun varlığını illərlə gizli saxlayıb. 17 yaşında ata olub.
2014-cü ildə Faiq Ağayev mətbuata sensasion açıqlama verir. Bu açıqlamada o, 25 yaşlı oğlunun olduğunu bildirərək vurğulayıb:
“Sən saat 04:05-də dünyaya gəldin. Mən heç nə anlamırdım. Cəmi 17 yaşım var idi. Başa düşdüyüm odur ki, anidən beş dəqiqəlik yağış yağdı. Bu gün isə başqadır. Mənim cəsur, gözəl, istedadlı oğlum, 25 yaşın mübarək. Sən yaxınsan, mən uzaq”.

- Faiq Ağayev deputat olmaq istəyir?

O bu suala belə cavab verib: “Mən onsuz da siyasətçiyəm. Siyasətim - musiqidir, Milli Məclisdə kifayət qədər ləyaqətli, işini, peşəsini doğru görən deputatlar var, lakin heç biri çağırışı ilə mənim qədər adam toplaya bilməz. İstənilən deputatdan güclüyəm. Sabah elan etsəm ki, konsert verəcəyəm, minlərlə insan gələcək. Amma Milli Məclis üzvü desə ki, siyasi platformamı eşitmək üçün gəlin filan yerə, inanmıram ki, o qədər adam gələ. Bu mənada – bəli, özümü deputatlardan güclü sayıram.

- Faiq Ağayev üçün sənətdən vacib nə var? Hansı halda səhnədən gedər?

“Sənətdən vacib anam var, amma səhnədən heç bir halda getmərəm. Daha dəqiq, sənətdə olmaq mənə maraqsız olsa, gedəcəm” deyib.

- Faiq Ağayevin əlavə biznesi var?

Öz dediyinə görə yoxdur.

- Faiq Ağayev plastik əməliyyat keçirib?

 Üzündə dəfələrlə estetik əməliyyatlar keçirib.

- Faiq Ağayev toya neçəyə gedir?

Onun toy qonorarı 8 min manatdır

- Faiq Ağayev kim tərəfindən bıçaqlanıb?

Xalq artisti 12 il əvvəl Rüfət adlı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə 2018-ci ildə mətbuata danışan müğənni bu fikirləri ifadə edib:

"Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladıq. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

- Faiq Ağayev Flora Kərimova ilə niyə küsülüdür?

Flora Kərimova bir açıqlamasında Faiq Ağayev haqqında “gey” kəlməsini işlədib.
Faiq Ağayev Xalq artisti Flora Kərimovanın onu "gey", qaşını alan biri kimi qələmə verməsinə münasibət bildirib: "Bu köhnə üsuldur. Aşığın sözü qurtaranda  "dalay-dalay" deyir. Flora Kərimova kimi yüksək bir sənət peşəkarı mənim sənətimə irad tuta bilərdi. Bu da mənim üçün böyük təhlükə olardı. Sənətdən heç nə tapmadı, qaşıma söz atdı. Flora Kərimova ictimai məsuliyyəti olan bir adamdır O, sırf populizmlə məşğuldur.

- Faiq Ağayev kliniki ölüm keçirib?

Müğənni ilə bağlı ən inanılmaz faktlardan biri onun üç dəfə kliniki ölüm keçirməsi olub. Kliniki ölümlərin birində Faiq komaya düşür, ayılanda isə həkim ona deyir ki, sən ölmüşdün, dirildin.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84138
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar