(R) Azərbaycanda ilk outlet mərkəzi açılıb
07 fevral 2011 10:36 (UTC +04:00)

(R) Azərbaycanda ilk outlet mərkəzi açılıb

8500 m2 ərazidə fəaliyyət göstərən “Zara”, “H&M”, “Pull&bear”, “Bershka”, “Stradivarius”, “Adidas”, “Nike”, “Reebok”, “Puma” və s. markaların geyim və ayaqqabılarını il boyu böyük endirimlə əldə etmək mümkündür.

Xaricdə outlet mərkəzlər məşhur şoppinq məkanına çevrilirlər. XX əsrin 70-ci illərində ABŞ-da yaranan və 90-ci illərin sonunda məşhurluğun zirvəsinə çatan outlet mərkəzlər inkişaf etmiş ölkələrdə ildən-ilə daha da genişlənir. Son ildə belə mərkəzlərdə satışların həcmi 52% artıb.

Bir qayda olaraq, belə dükanlarda ötən mövsümlərin modelləri satılır. Beləliklə, tanınmış brendlərin mallarını bəzən hətta 90% çatan endirimlərlə əldə edə etmək olur.

Baku Outlet Park açılışının ilk günlərindən alıcıların rəğbətini qazanıb. Gələcəkdə mərkəzdə təqdim olunan brendlərin siyahısını daha da artırmaq planlaşdırılır. Bunun nəticəsində Baku Outlet Park vacib alış-veriş mərkəzlərindən birinə çevriləcək.
# 1462

Oxşar yazılar