“Neftçi”yə Soçidən dəvət gəlib
13 sentyabr 2010 12:25 (UTC +04:00)

“Neftçi”yə Soçidən dəvət gəlib

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hər il 9 - 16 yaşlı uşaq və yeniyetmələr arasında təşkil olunan nüfuzlu yarışda Rusiya və MDB-nin tanınmış klubları mübarizə aparırlar.

Bu dəfə "Kuban Kuboku 2010" turnirinə 1994 - 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar dəvət olunublar. Yarışda yerli "Spartak", "Dinamo", "Lokomotiv", "Zenit", "Rubin", eləcə də Ukraynanın "Şaxtyor", "Dnepr", Belarusun "Minsk" və digər klubların uşaq-yeniyetmə kollektivlərinin iştirakı gözlənilir. "Kuban Kuboku 2010" bu il 25 oktyabr - 9 noyabr aralığında baş tutacaq.
# 508

Oxşar yazılar