Azərbaycana ikinci qizil medal gəldi
12 sentyabr 2010 14:42 (UTC +04:00)

Azərbaycana ikinci qizil medal gəldi

Azərbaycanın ən yaxşı sərbəst güləşçilərindən sayılan Xetaq Qazyumov Moskvada keçirilən sərbəst güləş üzrə dünya çempionatında 96 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

APA-nın AzərTac agentliyinə isitinadən verdiyi xəbərə görə, Qazyumov finalda Rusiya güləşçisi Hacımurad Qatsalova qalib gəlib. Bu, Azərbaycan yığma komandasının çempionatda qazandığı ikinci qızıl medaldır. Birinci “qızıl”a yunan-Roma üslubunda yarışan Həsən Əliyev (60 kq) sahib olub.

Azərbaycan yığma komandasının veteranı Zəlimxan Hüseynov (60 kq) sərbəst güləşçilər arasında dünya çempionatının bürünc mükafatını qazanıb. O, bürünc medal uğrunda mübarizədə Türkiyə idmançısı Ersin Çetini məğlub edib.

Təəssüf ki, Azərbaycan yığmasının üzvü Novruz Təmrəzov (84 kq) sərbəst güləş üzrə dünya çempionatında iştirakını mükafata layiq üçlər sırasına çıxmadan dayandırmalı olub.
# 605

Oxşar yazılar