“Fənərbağça” prezidenti fərari imiş!...
08 sentyabr 2010 16:36 (UTC +04:00)

“Fənərbağça” prezidenti fərari imiş!...

Türkiyənin müdafiə naziri Vecdi Könül şok açıqlama verib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vecdi Könül deyib ki, bu vaxta qədər hərbi xidmətə yararsızlıqla bağlı alınmış 40 min xəstəlik kağızı şübhə doğurur.

Müdafiə naziri bu xəstəlik arayışlarının 5 minin hazırda araşdırıldığını söyləyib. O bildirib ki, şübhə doğuran arayışlardan biri də “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımla bağlıdır. Aziz Yıldırım Gülhanə Hərbi Tibb Akademiyasının həkimlərindən aldığı arayış sayəsində hərbi xidmətdən canını qurtarıb: “Bu xəstəlik kağızı da şübhə doğuran 5 min sənədin arasındadır. Aziz Yıldırım xəstəlik haqqında həmin arayışı aldığı dövrdə Sakarya və Düzcedə futbol oynayırmış. Həmin sənədlərin arasında elə məşhur şəxslərə məxsus olanlar var ki...”.
# 667

Oxşar yazılar