Qırğız məmurlar yalan detektorundan keçəcəklər
01 sentyabr 2010 13:51 (UTC +04:00)

Qırğız məmurlar yalan detektorundan keçəcəklər

Lent.az-ın “24 kg” agentliyinə istinadən verdiyi məlumata görə, prezident Roza Otunbayeva bununla bağlı müvafiq fərman imzalayıb.

Detektordan ilk növbədə maliyyə polisinə və vergi xidmətinə işə götürülənlərlə bağlı istifadə etmək nəzərdə tutulur. Sonradan isə qurğudan siyasi dövlət vəzifəsinin tutulması, dövlət məmurlarının attestasiyası və xidməti araşdırma zamanı da istifadə olunacaq.

Yalan detektorunun tətbiqi ilə bağlı konkret məsələləri Dövlət Kadr Xidməti həll edəcək.
# 537

Oxşar yazılar