Koronavirusun müalicəsi üçün yeni üsul tapıldı
25 noyabr 2020 19:49 (UTC +04:00)

Koronavirusun müalicəsi üçün yeni üsul tapıldı

Virus və infeksiyaların müalicə ilə bağlı yeni üsul tapılıb.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, ABŞ-ın Perdue Universitetinin alimləri virus infeksiyalarının müalicəsi üçün yeni bir üsul kəşf ediblər. Bu üsulla QİÇS, qrip və pandemik koronavirus- SARS-CoV-2 də daxil olmaqla digər patogenlərə qarşı təsir edəcəklərini bilidirblər. Bununla bağlı “Nature Communications” jurnalında məqalə dərc olunub. 

Tədqiqatçılar, sağlam hüceyrələrə zərər vermədən yoluxmuş hüceyrələri hədəf alan antivirus dərman hazırlayıblar. Bunun üçün virus  fermenti - neyraminidazın inhibitoru olan zanamiviri sərbəst virusların və virusa yoluxmuş hüceyrələrin səthinə xüsusi  təsir edən dinitrofenillə birləşdirərək bir molekul sintez etdiblər. Bu molekul virusların hüceyrədən çıxaraq çoxalmasını əngəlləməklə, həm virusları, həm də yoluxmuş hüceyrələri məhv etməyə qadirdir.Məlumatda bildirilir ki, virusa yoluxmuş siçanlara verilən birdəfəlik doza qrip virusunun A və B ştamlarının reprezentativ yayılmasını aradan qaldırıb. Alimlərin sözlərinə görə, bu üsul digər viruslar, o cümlədən SARS-CoV-2, hepatit B və respirator-sinsitial virusa qarşı da tətbiq oluna bilər.

# 5326
avatar

Oxşar yazılar