Tələbə qəbulu qaydalarındakı dəyişiklik açıqlandı
24 fevral 2010 19:00 (UTC +04:00)

Tələbə qəbulu qaydalarındakı dəyişiklik açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının Xarici dil imtahan fənlərindən imtahan verilməsilə bağlı dəyişikliklər qəbul edib.


Lent.az-ın xəbərinə görə, dəyişikliklərə əsasən, Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının Xarici dildən imtahan fənləri arasına “Rus dili” fənni də əlavə edilib.


II ixtisas qrupunun Azərbaycan bölməsində abituriyentlər ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər.


II ixtisas qrupunda ərəb və fars dilləri Xarici dil fənləri sırasından çıxarılıb.


III qrupun Azərbaycan bölməsində Xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman və fransız dillərindən birini seçə bilərlər.


Bundan başqa, əvvəlki illərdən fərqli olaraq, Azərbaycan bölməsinin III qrupunun DT (dil-tarix) altqrupunda da Xarici dil fənninə də nisbi bal məhdudiyyəti tətbiq olunacaq.

Elxan SALAHOV
# 572

Oxşar yazılar