Karla Bruni ölüm hökmü almış azərbaycanlı qadına məktub yazdı - YENİLƏNİB
25 avqust 2010 14:31 (UTC +04:00)

Karla Bruni ölüm hökmü almış azərbaycanlı qadına məktub yazdı - YENİLƏNİB

Fransa prezidenti Nikolas Sarkozinin həyat yoldaşı Karla Bruni-Sarkozi İranda zinada suçlanaraq daş-qalaqla edam cəzasına məhkum edilmiş Təbrizli qadın Səkinə Məhəmmədi-Aştianiyə məktub yazıb.

Lent.az-ın “voici.fr” istinadən xəbərinə görə məktubda deyilir.

“Siz diri-diri torpağa gömülməyə və sonra da daşlanmağa məhkum edilmisiniz. Sizin gözəl simanız torpağa qərq olacaq. Sizin kədər dolu gözləriniz, alnınız, beyniniz və qəlbiniz daş atanların hədəfinə çevriləcək... Məhkəmənin qərarı nə olursa-olsun, bu dəhşətli səhnənin yaxşı bir sonluqla yekunlaşacağını güman etmirəm. Niyə görə sizin qanınız axmalı, uşaqlarınız anasız qalmalıdır. Niyə? Yaşadığınız və sevdiyiniz üçünmü? Yoxsa qadın və iranlı olduğunuz üçün? Sən və mən bunu qəbul etmirik. Səni ittiham edənlər bilməlidir ki, sənin adın artıq bütün dünyada simvola çevrilib. Onlar başa düşürlərmi ki, zamandan və şəraitdən asılı olmayaraq onlar bu qanlı cinayətə batan əllərini heç vaxt yuya bilməyəcəklər?”

“Həbsxana kamerasında ikən əmin olun ki, ərim tam ciddiyyətlə sizin işinizlə maraqlanacaq və Fransa sizi yalqız qoymayacaq.”

Qeyd edək ki, Sarkozinin əvvəlki arvadı Sesilya Attias vaxtilə Liviyada həbs edilən bolqar tibb bacılarını azad etdirə bilmişdi.
# 981

Oxşar yazılar