Ağdamda şəhid Ziyəddin İsgəndərovun doğum günü qeyd edilib
20 may 2019 21:11 (UTC +04:00)

Ağdamda şəhid Ziyəddin İsgəndərovun doğum günü qeyd edilib

Şəhid Ziyəddin İsgəndərovun 50-ci doğum günü qeyd edilib.

 

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, 1992-ci ildə Ağdam Rayon Polis Şöbəsində xidmət etdiyi dövrdə torpaqların bütövlüyü uğrunda canından keçən Ziyəddin isgəndərovun xatirəsi onun adını daşıyan Ağdam rayon Çəmənli kənd tam orta məktəbində qeyd edilib.

 

Toplantıda şəhidin yaxınları, ailə üzvləri kənd sakinləri və döyüş yoldaşları iştirak edib. Tədbirdə çıxış edən şəhidin komandiri və qardaşı öz Ziyəddin İsgəndərovun şərəfli döyüş yolundan və onun göstərdiyi şücaətlərdən söhbət açıb.

 

Tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalarla başa çatıb.

# 1833
avatar

Oxşar yazılar