<b>Ukraynanın yeni prezidenti and içdi</b>
20 may 2019 11:44 (UTC +04:00)

Ukraynanın yeni prezidenti and içdi

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin bu gün andiçmə mərasimi keçirilib.
 
ONA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, inauqurasiya mərasimi yerli vaxtla saat 10:00-da başlayıb.
 
Mərasim Ukrayna Ali Radasında keçirilib.
 
Konstitusiya Məhkəməsinin rəhbəri onun dövlət başçısı kimi vəzifəsinin icrasına başladığını elan edib.
 
İnauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılıblar.
 
Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edib.
# 1141
avatar

Oxşar yazılar