Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub
14 may 2019 23:23 (UTC +04:00)

Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qadını sərnişin avtobusu vurub.

 

ONA xəbər verir ki, nəticədə 1962-ci il təvəllüdlü Məmmədova Aləmzər Tofiq qızı xəsarət alıb.

 

Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona sağ qolun sınığı diaqnozu qoyulub, vəziyyəti kafi olan yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Qəzanı törədən sürücü rayon polis əməkdaşları tərəfindən saxlanılıb.

# 1474
avatar

Oxşar yazılar