Lukas Moura Çempionlar Liqasında həftənin oyunçusu seçildi
10 may 2019 14:49 (UTC +04:00)

Lukas Moura Çempionlar Liqasında həftənin oyunçusu seçildi

Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib.
 
ONA-nın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşısı adına Lukas Moura layiq görülüb.
 
“Tottenhem”in braziliyalı futbolçusu UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib gəlib. 
 
Qeyd edək ki, Moura “Ayaks”la Hollandiyadakı görüşdə het-trikə imza atıb. O, komandası 0:2 hesabı ilə geridə olduğu matçın ikincin hissəsində vurduğu bu qollarla komandasını finala daşıyıb.
# 1446
avatar

Oxşar yazılar