<b>"ANS-in yayımının bərpası gündəlikdə yoxdur" -<span style="color:red;"> MTRŞ sədri </b>
07 may 2019 10:45 (UTC +04:00)

"ANS-in yayımının bərpası gündəlikdə yoxdur" - MTRŞ sədri

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
 
N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil: "ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".
# 1019
avatar

Oxşar yazılar