<b>Ramazan ayının 2-ci gününün duası</b>
07 may 2019 03:00 (UTC +04:00)

Ramazan ayının 2-ci gününün duası

Ramazan ayı bütövlükdə duaların daha çox edildiyi aydır. Bu ayda Quran ayələri daha çox oxunur, çox sayda dualar edilir.

Sahur dualarının edilməsi vacib sayılır.

Bu gün Ramazan ayının 2-ci günüdür. Lent.az bu günün duasını təqdim edir.

İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!

İftarda dua etmək Peyğəmbərimizin (s.ə.s.) sünnəsidir. İftar vaxtı edilən dualar rədd olunmayan dualar arasındadır. 

Nəql olunur ki, Peyğəmbərimiz (s.ə.s.) oruc açarkən bu duaları oxuyarmış:

"Allahım! Sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə iftar açdım. Sabahkı oruca niyyət etdim. Allahım! Keçmiş və gələcək günahlarımı bağışla“.

Qetd edək ki, Ramazan ayının 2-ci günündə imsak vaxtı saat 03:55-dədir. Gün saat 19:42-də batır.

# 1551
avatar

Oxşar yazılar