[b]Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək[/b]
05 may 2019 09:35 (UTC +04:00)

[b]Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək[/b]

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirir.
 
Lent.az xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahan kompüter vasitəsilə aparılacaq.
 
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
 
Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
# 1868
avatar

Oxşar yazılar