Quzu ətindən 3 dəfə baha göbələk - VİDEO
28 aprel 2019 08:31 (UTC +04:00)

Quzu ətindən 3 dəfə baha göbələk - VİDEO

İsmayıllıda quzuqarnı göbələyinin yığılmasına başlanılıb.
 
 
Toplanması çətin olan bu göbələyin 1 kiloqramı 30-35 manata satılır. Söhbət əsasən İsmayıllı və Qəbələ meşələrində bitən quzuqarnı göbələyindən gedir. Bu göbələk istixana şəraitində yetişmir. Meşələrdən tapılması və toplanması da olduqca çətindir.
 
Quzuqarnı adətən yol kənarlarında satışa çıxarılır. Qiyməti isə quzu ətindən 3 dəfə çoxdur. Bu göbələyin 1 kiloqramı növündən asılı olaraq 20-30 manata satılır.
 
Bazarlarda isə Quzuqarnı yol kənarındakına nisbətən baha təklif edilir. Buna səbəb bazarlarda tələbatın daha çox olmasıdır.
 
Qiymətin bu cür yüksək olmasına baxmayaraq alıcılar narazılıq etmir.
 
 
Meşələrdə bu göbələyin toplanması aprel ayının sonuna qədər davam edir.
 
(xezerxeber)
# 974
avatar

Oxşar yazılar