[b]İngiltərə Premyer Liqası: mövsümün rəmzi komandası açıqlandı[/b]
25 aprel 2019 13:55 (UTC +04:00)

[b]İngiltərə Premyer Liqası: mövsümün rəmzi komandası açıqlandı[/b]

İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandası müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyası (PFA) çempionatın sonuna üç tur qalmış “11-liy”i tərtib edib.
 
4-3-3 sistemi ilə qurulan siyahıya yalnız üç komandanın üzvləri düşüb. Çempionluq mübarizəsi aparanlardan “Mançester Siti” 6, “Liverpul” 4 futbolçu ilə rəmzi komandada təmsil olunub. “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba da “11-liy”ə daxil edilib.
Qapıçı - Ederson Moraes (“Mançester Siti”); 
Müdafiəçilər - Trent Aleksander-Arnold, Vircil van Deyk, Endryu Robertson (hamısı “Liverpul”), Emerik Laport (“Mançester Siti”);
Yarımmüdafiəçilər - Pol Poqba (“Mançester Yunayted”), Fernandinyo, Bernardu Silva;
Hücumçular - Rahim Sterlinq, Serxio Aquero (hamısı “Mançester Siti”), Sadio Mane (“Liverpul”).
# 687
avatar

Oxşar yazılar