Formula 1-in iyunda keçirilməsilə bağlı danışıqlar aparılır - <span style="color:red;">Nazir
25 aprel 2019 09:51 (UTC +04:00)

Formula 1-in iyunda keçirilməsilə bağlı danışıqlar aparılır - Nazir

Azərbaycan Formula 1 Qran Prisi yarışlarının keçirilməsi vaxtının dəyişdirilməsi ilə bağlı danışıqlar aparır. Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
 
Nazir bildlrib: "Hazırda Formula 1 yarışları 21 mərhələdən ibarətdir. İlk yarış ölkəmizdə iyun ayında keçirilib. Gələcək illərdə də yarışların iyun ayında aparılması üçün danışıqlar aparılır. Hazırda 4 ölkə Qran Pri yarışlarının keçirilməsi üçün növbə gözləyir".
 
Xatırladaq ki, Bakıda 26-28 aprel tarixlərində Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.
 
(Trend)
# 707
avatar

Oxşar yazılar