[b]Terror aktları ilə əlaqədar 7 nəfər saxlanıldı[/b]
21 aprel 2019 16:17 (UTC +04:00)

[b]Terror aktları ilə əlaqədar 7 nəfər saxlanıldı[/b]

 
Bu gün Şri-Lankada  törədilən terror aktları ilə əlaqədar 7 nəfər saxlanılıb.
 
ONA-nın “RİA Novosti’” agentliyinə istinadən verdiyi məlumata görə, bunu barədə Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bildirib.
 
Qeyd edək ki, bu gün Pasxa bayramı zamanı paytaxt Kolombo və ölkənin digər yerlərində katolik kilsələrdə və otellərdə 8 partlayış törədilib, ən azı 185 nəfər ölüb.
Şri-Lanka hakimiyyəti bu gün saat 18.00-dan sabah saat 06.00-dək komendant saatı elan edib.
# 660
avatar

Oxşar yazılar