DQİDK nümayəndələri əsgərlərlə görüşüb
20 aprel 2019 12:19 (UTC +04:00)

DQİDK nümayəndələri əsgərlərlə görüşüb

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.
 
Məlumata görə, birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri bu günlərdə Hərbi Dəniz Qüvvələrində dənizçilərlə görüşüb.
 
Görüşdə gənclərin zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu mövzusunda söhbətlər aparılıb və  şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.
# 482
avatar

Oxşar yazılar