ABŞ-ın xüsusi prokuroru: "Rusiya məsələsi"nə dair kifayət qədər dəlil yoxdur
18 aprel 2019 21:52 (UTC +04:00)

ABŞ-ın xüsusi prokuroru: "Rusiya məsələsi"nə dair kifayət qədər dəlil yoxdur

Seçkiqabağı kampaniya zamanı ABŞ prezidenti Donald Trampla Rusiya arasında əlaqə aşkarlanıb.
 
ONA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın xüsusi prokuroru Robert Müller “Rusiya məsələsi”nə dair aparılmış araşdırmaların yekunu ilə bağlı hesabatında deyib. R.Müllerin hesabatı redaktə olunmuş formada ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında da yerləşdirilib.
 
Hesabatda deyilir ki, Müller Rusiya hökumətinin agenti ilə əlaqəyə görə Trampın kampaniyasının əməkdaşlarına qarşı ittiham irəli sürməsi üçün kifayət qədər dəlil tapmayıb.
Qeyd edək ki, bir qrup rusiyalı və üç özəl şirkət “ABŞ-a qarşı işbirliyi”ndə və fırıldaqçılıqda ittiham olunub.
# 815
avatar

Oxşar yazılar