Həbsdən çıxan Savçenko parlamentə qayıdır
16 aprel 2019 15:53 (UTC +04:00)

Həbsdən çıxan Savçenko parlamentə qayıdır

Terror aktının təşkilində şübhəli bilinərək həbs olunmuş və ötən gün azadlığa buraxılmış ukraynalı deputat Nadejda Savçenko Ali Radada işinə qayıtmaq niyyətindədir.
 
ONA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə onun vəkili Aleksandr Şadrin açıqlama verib.
 
“Ümid edirəm ki, onu növbəti iclaslarda görmək mümkün olacaq”,- deyə vəkil əlavə edib.
 
Qeyd edək ki, 2018-ci ilin martında Ali Radanın iclasında həbs edilən Nadejda Savçenko ötən gün azadlığa buraxılıb. Həbsdə olan zaman onun prezidentliyə namizədliyi irəli sürülüb.
 
Xatırladaq ki, pilot Nadejda Savçenko hərbi xidmətdə olan zaman “Mi-24” helikopterinin şturman-əməliyyatçısı olub. Şərqi Ukraynada gedən döyüşlər zamanı  əsir düşüb. Donetsk şəhər məhkəməsinin qərarı ilə VQTRK telekanalının jurnalistinin ölümü ilə əlaqədar mühakimə olunub.
 
2014-cü ildə isə Luqanskda 22 il azadlıqdan məhrum edilib. 2015-2016-cı illərdə beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıb. 2016-cı ildə Rusiya Federasiyası prezidentinin fərmanı ilə əfv olunub. Azadlığa buraxıldıqdan sonra prezident Petr Poroşenkonun təyyarəsi ilə Moskvadan Kiyevə gətirilib. Ukraynanın milli qəhrəmanı elan edilib və Ali radanın deputatı seçilib.
# 626
avatar

Oxşar yazılar