İlk kommersiya məqsədli raket - Uğurlu uçuş etdi
12 aprel 2019 19:48 (UTC +04:00)

İlk kommersiya məqsədli raket - Uğurlu uçuş etdi

SpaceX şirkətinin Falcon Heavy adlı irihəcmli raketinin ilk kommersiya məqsədli uçuşu uğurla nəticələnib.
 
Lent.az technote-a istinadla xəbər verir ki, şirkət həmin raket vasitəsilə Səudiyyə Ərəbistanın Arabsat 6A adlı əlaqə peykini uğurla yer kürəsinin orbitinə çatdırıb.
 
Bu missiyanın ikinci hissəsi də uğurla nəticələnib. Belə ki, Elon Musk-ın şirkəti ilk dəfə olaraq raketin birinci pilləsinin hər 3 sürətləndirici blokunu uğurla Yer kürəsinin səthinə endirib. Qeyd etmək lazımdır ki, keçən ilin fevral ayında Falcon Heavy raketinin ilk test uçuşu nəticəsində raketin mərkəzi sürətləndirici blokunu uğurlu şəkildə endirmək mümkün oimamışdı.
 
İkinci uçuşu Falcon Heavy raketi Kanaveraldakı kosmodromdan reallaşdırıb. Raketin Yer kürəsinin orbitinə çıxışından 7 dəqiqə sonra raketin iki kənar sürətləndirici bloku uğurlu şəkildə xüsusi platformaya eniş edib. Daha 3 dəqiqə sonra isə raketin ilk pilləsinin mərkəzi sürətləndirici bloku "Of Course I Still Love You" adlı su platformasına eniş edib.
 
Qeyd edək ki, keçən ilki test uçuşunun sonunda mərkəzi sürətləndirici blok su platformasının yaxınlığında suya düşmüşdü. Bunu nəzərə almasaq, keçən ilki test uçuşu ümumilikdə uğurlu alınmışdı. Bu dəfəki tapşırıq bir qədər fərqli olub. Belə ki, şirkət telekommunikasiya peykini Yer kürəsinin aşağı orbitinə çatdırmalı idi.
# 1013
avatar

Oxşar yazılar