[b]“Borussiya” FİFA-ya şikayət edəcək - Bu komandadan[/b]
01 aprel 2019 14:44 (UTC +04:00)

[b]“Borussiya” FİFA-ya şikayət edəcək - Bu komandadan[/b]

“Borussiya” (Dortmund) klubu “Mançester Yunayted”dən FİFA-ya şikayət edəcək.
 
Lent.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
 
Dotmund təmsilçisi “Mançester Yunayted”i futbolçusu Ceydon Sanço ilə icazəsiz danışıqlar apardığı üçün FİFA-ya şikayət edəcək.
 
“Qırmızı şeytanlar”ın rəhbərliyinin ingilis futbolçuyla telefon danışıqları apardığı və onun meneceriylə Dortmund şəhərində görüş keçirdiyi bildirilib.
 
İngiltərə mətbuatı bir müddət əvvəl Sançonun “Mançester Yunayted”ə transfer olacağını iddia edib.
# 706
avatar

Oxşar yazılar