Zidan dörd futbolçuya istirahət verdi
31 mart 2019 15:48 (UTC +04:00)

Zidan dörd futbolçuya istirahət verdi

"Real"ın futbolçuları Toni Kroos, Marko Asensio, Luka Modriç və Rafael Varan La Liqanın 29-cu turunda "Ueska" ilə oyunu buraxacaqlar.
 
İspaniya mətbuatının yaydığı xəbərə görə, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan sözügedən oyunçulara istirahət verməyə qərar verib.
 
Qeyd edək ki, "Real"ın qapıçısı Tibo Kurtua isə zədə səbəbindən "Ueska" ilə görüşü buraxacaq.
 
Əlavə edək ki, "Real" - "Ueska" matçı bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
 
(Qol.az)
# 794
avatar

Oxşar yazılar