Çempionlar Liqasında qrup sayı azaldıla bilər – ECA-dan yeni təklif
31 mart 2019 14:02 (UTC +04:00)

Çempionlar Liqasında qrup sayı azaldıla bilər – ECA-dan yeni təklif

UEFA Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişə bilər.
 
“L`Equipe” nəşrinin yaydığı xəbərə görə, 2024-2025 mövsümündən etibarən qrupların sayının azaldılması müzakirə olunur. Ancaq bu dəyişiklik komanda sayına təsir etməyəcək. Sadəcə, 32 klub 8 yox, 4 qrupa bölünəcək. Bu isə o deməkdir ki, hər qrupda 8 komanda yarışacaq. Qruplarında ilk 4-lüyə düşən klublar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
 
Avropa Klublar Birliyinin (ECA) irəli sürdüyü ideya ÇL-də oyun sayının, bunun sayəsində isə gəlirlərin artırılmasına hesablanıb. Dəyişiklik UEFA tərəfindən qəbul olunsa, komandalar qitənin bir nömrəli turnirində mövsüm ərzində ümumilikdə 94 yox, 224 oyun keçirməli olacaqlar. ECA-nın klublara ölkədaxili matçlarını həftəiçi, ÇL görüşlərini isə həftəsonu keçirməyi təklif edəcəyi də bildirilir.
 
(qol.az)
# 788
avatar

Oxşar yazılar