<b><span style="color:red;">“Mən axmaq deyiləm”  - Balotelli İtaliya millisini qınadı</b>
27 mart 2019 19:15 (UTC +04:00)

“Mən axmaq deyiləm” - Balotelli İtaliya millisini qınadı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Finlandiya (2:0) və Lixtenşteynlə (6:0) oyunlar üçün İtaliya millisinin heyətinə çağırılmayan “Marsel”in futbolçusu Mario Balotelli açıqlama verib.
 
Lent.az komanda.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb. 
 
28 yaşlı hücumçu, millidən imtina edə biləcəyini deyib:
 
“İtaliya millisinin bəlkə də, bir gün mənə ehtiyacı olacaq, amma bu qədər alçaldıldığım, zərər gördüyüm illərin ardından bəlkə bu təklifdən imtina edəcəm. Mən robot və ya axmaq deyiləm. Çox vaxt lazımsız gərginliklərdən qaçmaq üçün haqqımda deyilənlərə cavab vermirəm. Amma hamısını eşidirəm və görürəm. Artıq bezdim”.
# 870
avatar

Oxşar yazılar