Tibb tarixində ən çətin və ən bahalı əməliyyat - <span style="color:red;">26 saat, 1 milyon...
23 mart 2019 18:06 (UTC +04:00)

Tibb tarixində ən çətin və ən bahalı əməliyyat - 26 saat, 1 milyon...

Təqdim edəcəyimiz bu əməliyyat dünya tibb tarixinə ən çətin və uzun sürməsilə düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 26 saat davam edən əməliyyat 2002-ci ildə Nyu Yorkda həyata keçirilib.

Xəstə isə 2001-ci ildə Missisipdə güclü yanğında insanları xilas etməklə ölkədə qəhrəman kimi tanınan 41 yaşlı Patrik Hardison olub.

Hadisə zamanı dəhşətli dərəcədə yanıq xəsarətləri alan Patrikin bədən üzvləri də sıradan çıxmış, sifəti tanınmaz hala düşmüşdü.

150 tibb  işçisi bir gündən çox davam edən əməliyyatla,  dünyasını dəyişən  26 yaşlı bir gəncin sifətini uğurla Patrik Hardisona köçürüb. Həmçinin eyni gündə ona bir neçə bədən üzvü də nəql olunub.

Çətin əməliyyatda sümüklər, əzələlər, qulaq kanalları, dodaqlar və sinir hüceyrələri ideal şəkildə dəyişdirilib.

Məlumat üçün bildirək ki, bu əməliyyat çox böyük qiymətə başa gəlib - Nə az, nə çox, 1 milyon dollara.

 

 

# 1594
avatar

Oxşar yazılar