Şəxsi həyatından danışıb bir milyon qazanacaq
22 mart 2019 14:39 (UTC +04:00)

Şəxsi həyatından danışıb bir milyon qazanacaq

Son zamanlar məşhurlar arasında populyarlaşan “Youtube” kanalı açmaq dəbinə türkiyəli aktrisa Fahriye Evcen də qoşulub.
 
Lent.az axşam.az-a istinadən xəbər verir ki, Orta Şərqdə xeyli fanatı olan aktrisaya mərkəzi Dubayda yerləşən bir prodakşndan təklif gəlib.
 
Təklifə əsasən, Fahriye şəxsi həyatı və karyerası ilə bağlı məlumatları kanalında paylaşacaq və buna görə 1 milyon lirə (təxminən 327 min manat) qazanc əldə edəcək.
 
Qeyd edək ki, aktrisa yaxın həftələrdə ana olmağa hazırlaşır.
# 869
avatar

Oxşar yazılar