<b>Messi <span style="color:red;">REKORDU  təzələdi</b>
18 mart 2019 13:42 (UTC +04:00)

Messi REKORDU təzələdi

İspaniya La Liqasının 28-ci turu Lionel Messi üçün əlamətdar olub.
 
Lent.az goal.az-a istinadla xəbər verir ki, "Betis"lə (1-4) matçda het-trik edən argentinalı klubun heyətində qələbə sayına görə rekordu təzələyib.
 
Messi bu göstəricidə keçmiş komanda yoldaşı, yarımmüdafiəçi Xavini geridə qoyub. Forvard Kataloniya təmsilçisinin heyətində keçirdiyi 674 oyunun 477-də qalib gəlib. Yarımmüdafiəçi isə 767 oyundan 476-da qələbə ələ edib.
 
Həmçinin Messi La Liqada 333-cü qələbəsini qazanmaqla Andoni Subisaretta (eks -Barcelona) və İker Kasilyasın (eks-Real) bölüşdüyü rekorda yaxınlaşıb. Hər iki futbolçu İspaniya çempionatında 334 dəfə qələbə sevinci yaşayıb.
# 624
avatar

Oxşar yazılar