[b]Gecə klubunda yaxalandı – KOMANDADAN QOVULA BİLƏR[/b]
15 mart 2019 18:19 (UTC +04:00)

[b]Gecə klubunda yaxalandı – KOMANDADAN QOVULA BİLƏR[/b]

PSJ-nin futbolçusu Adrien Rabiotun komandada qalıb-qalmaması barədə klub rəhbərliyi qərar verəcək.
 
Lent.az Fransa KİV-ə istinadla xəbər verir ki, Rabiot komandanın əsas heyətindən 2 həftəlik uzaqlaşdırılıb.
 
Buna səbəb Çempionlar Liqası çərçivəsində “Mançester Yunayted”lə keçirilən oyundan sonra fransız yarımmüdafiəçinin gecə klubunda əylənməsi olub. 
 
Qeyd edək ki, 2013-cü ildən PSJ-nin şərəfini qoruyan Adrien cari mövsümün 20 qarşılaşmasında oyuna çıxıb. 
 
Xatırladaq ki, o, PSJ ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
# 739
avatar

Oxşar yazılar