<b>Etirazçılar polisin başını yardı - <span style="color:red;">İRƏVAN QARIŞDI - VİDEO  </b> - <span style="color:red;">YENİLƏNİB
14 mart 2019 16:37 (UTC +04:00)

Etirazçılar polisin başını yardı - İRƏVAN QARIŞDI - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İrəvanda hökumətin qərarına öz etirazını bildirən sahibkarlar küçələrə çıxaraq kütləvi aksiya keçirir. 
 
Lent.az-ın Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, dünəndən başlayan kütləvi aksiyalar hazırda da davam edir.
 
Xəbərə görə, İrəvan küçələrində qan tökülüb. Belə ki, hüquqlarını tələb edən kütlə polisə hücum etməkdən də çəkinməyib. 1992-ci il təvəllüdlü polis əməkdaşı küt alətlə başından yaralanıb. Polisin qanını kəsmək mümkün olmadığından təcili şəhər xəstəxanasına yerləşdirilib. 
 
Etirazşılardan da yaralanan olub. 1953-cü il təvəllüdlü şəhər sakini polis dəyənəyinə tuş gəlib. Ombasından şiddətli zərbə alan sahibkar da xəstəxanaya
çatdırılıb.
 

 
14:29

İrəvanda gərgin anlar yaşanır.

 

Lent.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, İrəvanda sahibkarlarla polis arasında qarşıdurma olub.

 

Paytaxtda obyektlərinin qanunsuz sökülməsinin qarşısını almaq üçün yerli hökumətə etiraz edən yüzlərlə sahibkar Maştots prospekti, Tumanyan küçəsində ictimai sabitliyi pozaraq nəqliyyatın hərəkətinə mane olublar. Aksiyanın dağıdılması üçün çoxlu sayda polis qüvvələri cəlb edilib.

 

Bildirilir ki, polislə etirazçılar arasında toqquşma olduğundan hüquq-mühafizə orqanları əməkdaşları iğtişaşçılara qarşı güc tətbiq edib. Xeyli sayda şəxs saxlanılıb. 

 

Qeyd edək ki, dünəndən başlanan etiraz aksiyası bu gün daha geniş vüsət alıb.

 

Sahibkarlar onlara məxsus obyektlərin sökülməsi üçün hökumət tərəfindən verilən qərarın əsassız olduğunu deyərək, sahib olduqları mülklərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş qanuni sənədlərini təqdim ediblər.

 

# 1559
avatar

Oxşar yazılar