Aqolli “Qarabağ”dan gedir

Ağdamın “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli karyerasını ABŞ-da davam etdirəcək. ONA-nın məlumatına görə, albaniyalı müdafiəçi “Nyu-York Kosmos” klubu ilə anlaşıb.
 
O, ən azı 1 il Şimali Amerika təmsilçisində çıxış edəcək. Ansinin seçimində ailəsinin də ABŞ-da yaşaması rol oynayıb.
 
“Qarabağ” rəhbərliyi 2010-cu ildən bu klubda çıxış edən müdafiəçinin xidmətlərini nəzərə alaraq onun keçidinə müsbət yanaşıb. Aqolli ilə mövsümün sonunda başa çatacaq müqaviləyə qarşılıqlı şəkildə xitam veriləcək.
 
Bu, Topaz Premyer Liqasının XXI turunun “Səbail”lə matçından sonra rəsmiləşəcək. 
 
Qeyd edək ki, martın 15-də keçiriləcək vida xarakterli bu matç Ansinin heyətində ardıcıl 5 dəfə Azərbaycan çempionu olduğu “Qarabağ”da 317-ci oyunu olacaq. İndiyədək 316 matça çıxan müdafiəçi 4 qol vurub. Bunlardan 223-ü çempionat (3 qol), 24-ü kubok, 69-u avrokuboklara (1 qol) təsadüf edib.

LENT

19 May 2019
18 May 2019

Digər xəbərlər >>>