<b>Adına yarım milyon dollar kredit götürülən usta: "Dedilər ki..." - <span style="color:red;">CAHANGİR HACIYEVİN İŞİ </b> - <span style="color:red;">YENİLƏNİB
11 mart 2019 17:49 (UTC +04:00)

Adına yarım milyon dollar kredit götürülən usta: "Dedilər ki..." - CAHANGİR HACIYEVİN İŞİ - YENİLƏNİB

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə 'İntertekstil' fabrikində aşpaz köməkçisi işləmiş Arzu Qasımova bildirib ki, şirkət müdiri onları banka göndərib: “Şakir müəllim bizə dedi ki, şəxsiyyət vəsiqəsini gətirin,  banka gedəcəksiniz. İşdən avtobus tutdular, 15-20 nəfər banka getdik, sənədlərə qol çəkdik”.

'İntertekstil' fabrikində xadimə işləmiş Mehriban Abbasova 2008-ci ildən orda çalışdığını deyib: “2010-cu ildə işdən bizi banka apardılar, sənədlərə qol çəkdik”.

Həmin şirkətdə usta vəzifəsində çalışan Mehdi Mehdiyev bildirib ki, fabrikin mühəndisi İlham Allahverdiyev onları banka göndərib: “O bizə dedi ki, Şakir müəllim tapşırıq verib ki, hamı banka gedib, sənədlərə qol çəkməlidir. Ayrı-ayrılıqda iki dəfə adamı ümumilikdə 450 min dollar kredit götürüldü. Bizə dedilər ki, pullar fabrikin inkişafına xərclənəcək”.

Proses martın 18-də davam edəcək.

***

13:04
 
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mənsur Zeynalov deyib ki, D.Xəlilovun "General Construction" şirkətində hüquqşünas vəzifəsində işləyib: 
 
 
"Işim  müqavilələri tərcümə etmək olub. Çalışdığım zaman Dünyamin Xəlilov "Kondor Qrup" MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm. Zalda əyləşən bir neçə təqsirləndirilən şəxsi tanıyıram. Onlar formal olaraq şirkət rəhbərləri olub".
 
Daha sonra şahid qismində  ifadə verən Fərhad Əmiraslanov bildirib ki, "General Construction" şirkətinin tikinti mütəxəssisi vəzifəsində çalışıb: "Dünyamin müəllim adıma "Aqora" MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub".
 
Bildirilib ki,  F.Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb. 
 
Təqsirləndirilən D.Xəlilov deyib ki, "Aqora" MMC-yə ayrılan pullar layihələrə xərclənib. 
 
Şahid qismində dindirilən Seyfulla Seyfullayev bildirib ki,  "Səbail Mebel" ASC-nin baş direktoru vəzifəsində çalışıb: "Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü. Bankdan adını xatırlamadığım şəxs mənə zəng edib, ora çağırdı. Bankda sənədlərə qol çəkdim, lakin pulu görmədim".
 
Qeyd edək ki, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
 
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.
# 681
avatar

Səlcuq Elçin

Oxşar yazılar