Güləşçilərimiz 4 medal qazanıb

 
Serbiyanın Novi Sad şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatıb. ONA-nın məlumatına görə, altıncı yarış günündə sərbəst güləş üzrə Azərbaycan yığması daha 3 bürünc medal qazanıb.
Belə ki, 61 çəki dərəcəsində qüvvəsini sınayan Əsgər Məmmədəliyev qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispan, daha sonra macar güləşçini vaxtından əvvəl məğlub edərək, adını yarımfinala yazdırıb. Şamil Zubairov (92 kq) da eyni uğura imza atıb. Ötən il bu yaş qrupunda dünya çempionu olan yığmamızın üzvü İtaliya və Ermənistan təmsilçiləri üzərində qələbə qazanaraq, yarımfinala yüksəlib. Ancaq Hacımurad Məhəmmədsəidov (86 kq) və İslam Abuyev (125 kq) debütdə uduzublar. Hacımuradın rəqibi finala yüksəldiyi üçün yığmamızın üzvü martın 10-da təsəlliverici görüşə çıxıb. İtalyan rəqibinə heç bir şans tanımayan Hacımurad növbəti görüşdən də qalib ayrılaraq bürünc medalı boynundan asıb.
Yarımfinal qarşılaşmaları axşam seansında keçirilib. Əsgər finalın bir addımlığında Rusiya təmsilçisiylə bacarmayıb. Şamil isə yarımfinalda Ukraynadan olan həmkarına uduzub. Hər iki güləşçimiz martın 10-da bürünc medal uğrunda mübarizə aparıb. Əsgər Belarus təmsilçisini üstələyərək Avropa üçüncüsü olub. Şamil də öz növbəsində Belarus təmsilçisinə ilk hissədə qalib gələrək bürünc medalla təsəlli tapıb.
Xatırladaq ki, ötən gün Davud İbrahimov (70 kq) da eyni uğura imza atıb. Beləliklə, sərbəst güləş yığmamız Avropa çempionatını 4 bürünc medalla başa vurub.  

LENT

23 May 2019

Digər xəbərlər >>>