Azərbaycan neftinin qiyməti BAHALAŞDI

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-ü 67,35 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,87 dollar/barel çoxdur.
 
Lent.az-ın məlumatına grörə, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,85 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 62,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 64,59 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,68 dollar/barel çoxdur.

LENT

21 May 2019
20 May 2019

Digər xəbərlər >>>