<b>Bakıda Novruz yarmarkaları başladı - <span style="color:red;">ÜNVANLAR </b>
02 mart 2019 09:17 (UTC +04:00)

Bakıda Novruz yarmarkaları başladı - ÜNVANLAR

Novruz bayramı ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinın (BŞİH) tapşırığına əsasən  paytaxtın bütün rayonlarında hazırlıq işlərinə başlanılıb.

 

BŞİH-nin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, bayramla əlaqədar bu gündən partaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyə başlayıb. Bu yarmarkalarda ölkəmizin müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeylu ucuz təklif edəcəklər. Bu fermerlər üçün yarmarkalarda müvafiq şərait yaradılıb. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qururmlar tərəfindən nəzarət ediləcək.

 

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətə Ticarət və Xidmət Departamenti tərəfindən paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə,  ilk növbədə metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb və burada da bayram ərzaqlarının, müxtəlif hədiyyələrin satışı təşkil olunub.

 

Qeud edək ki, yarmarkalar martın 25-nə kimi davam edəcək.

 

Lent.az Bakının rayonlarında Novruz bayramı münasıbəti ilə təşkil ediləcək bayram yarmarkalarının ünvanlarını təqdim edir:

 

 

Rayonlar

Yarmarkaların ünvanları

Qeyd

1.

Binəqədi

 7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi

 

2.

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi

 

3.

Xətai

Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)

 

4.

Xəzər

Mərdəkan qəsəbəsi S. Yesenin küçəsi - 106    ( köhnə avtovağzal ərazisi )

 

5.

Pirallahı

Pirallahı qəsəbəsi, K. Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti

 

6.

Nərimanov

Gənclik metrosunun çıxışı, Fətali Xan Xoyski prospekti 79 saylı binanın qarşısı

 

7.

Nəsimi

Mərdanov qardaşları küçəsi 59

 

8.

Nizami

Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)

 

9.

Sabunçu

Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı

 

10.

Səbail

Nizami küçəsi  (Land Mark-ın yaxınlığında)

 

11.

Suraxını

Yeni Günəşli qəsəbəsi, «V» yaşayış massivi, “Günəş” ticarət mərkəzi

 

12.

Yasamal

H.Cavid prospekti (H.Cavid  parkınin ərazisində )

 

 

# 408
avatar

Oxşar yazılar